İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar MDB sammitində iştirak edə bilməyəcək
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar MDB-nin Sankt-Peterburq sammitində iştirak edə bilməyəcək.
Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev Bakıya qayıdıb.
Azərbaycan mətbuatının yazdığına görə, prezident İlham Əliyev Vladimir Putinə zəng edərək təyyarə qəzasına görə MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edə bilməyəcəyini bildirib.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, təyyarə qəzasında 29 nəfər sağ qalıb, onlar xəstəxanaya yerləşdirilib.