İkinci İliya - unutmamalıyıq ki, insanın və millətin gələcəyi sülhlü olmalıdır, sizə cansağlığı və əmin-amanlıq arzulayıram
Unutmamalıyıq ki, insanın və millətin gələcəyi sülhlü olmalıdır, – bu barədə Bütün Gürcüstanın Katalikos-Patriarxı, Pak və Müqəddəs, İkinci İliya Yeni İl təbrikində qeyd etdi.
“Yenil İl gəldi. Hər bir insan, hər bir millət öz yolunu, öz gələcəyini seçməlidir. Unutmamalıyıq ki, insanın və millətin gələcəyi sülhlü olmalıdır. Bizi böyük problemlə üzləşən Rusiya ilə Ukrayna arasında münasibətlər narahat edir. Ümid edirəm ki, sülh qalib gələcək və sülh hər iki ölkəni əhatə edəcək.
Gürcüstan gəldikdə isə, ümid edirəm, hər şey sülh yolu ilə həll olunacaq. Sizə sağlamlıq, sülhlü gələcək arzulayıram. Tanrı sizi qorusun. Amin”, – Patriarx qeyd etdi.