Sameba Kafedral Məbədində uşaqların 53-cü ümumxalq xaç suyuna çəkmə mərasimi keçirildi. Bütün Gürcüstanın Katalikos-Patriarxı 1000-ə qədər uşağı xaç suyuna çəkdi.
Bütün Gürcüstanın Katalikos-Patriarxı, Pak və Müqəddəs, İkinci İliya məbədə toplaşanlara müraciət etdi və xeyir-dua verdi.
“Bu günki gününüzü təbrik edirəm. Bu gün böyük bayramdır. Tamar Mepe (Çariça Tamar) bayramıdır. Bununla yanaşı bu gün böyük bayram ona görədir ki, 1000-dən qədər uşağı xaç suyuna çəkilir. Tanrı onları, onların valideynlərini və qardaşlarını qorusun. Bütün Gürcüstanı qorusun”, – Bütün Gürcüstanın Katalikos-Patriarxı qeyd etdi.
Patriarxın təşəbbüsünün məqsədi Gürcüstanda demoqrafik durumum yaxşılaşdırılmasıdır. Mərasim ilk dəfə 2008-ci il yanvarın 19-da keçirildi.