İkinci İlia - Sadəcə məktəblərdə verilən bilik yetərli deyil, evdəki tərbiyyəyə daha böyük diqqət yetirilməlidir
İkinci İlia - Sadəcə məktəblərdə verilən bilik yetərli deyil, evdəki tərbiyyəyə daha böyük diqqət yetirilməlidir

Gürcüstanın Katalikos-Patriarxı İkinci İlia Tbilisidə, Xorava küçəsində baş verən hadisə haqqında söz etdi.

Sameba kilsəsində dua edən İkinci İlia bəyan etdi ki, dekabrın 1-də Gürcüstanda çox ağır bir faciyə baş verdi.

“Çox ağır vəziyyətdir, yeniyetmə uşaqlar bir-birini öldürdülər. Bu o deməkdir ki, biz uşaqlarımızın təlim-tərbiyyəsinə daha böyük diqqət yetirməliyik. Sadəcə məktəbdə verilən bilik yetərli deyil, uşaqların ruhi inkişafına və tərbiyyəsinə valideynlər fikir verməlidirlər. Düşünürəm ki, məktəblərdə din dərsləri də bərpa olunmalıdır. Ölən uşaqların ruhu şad olsun”– dedi patriarx.