İkinci İlia Gürcüstan Katalikos-Patriarxının davamçısı olaraq, mitropolit Şio Muciri adlandırdı
İkinci İlia Gürcüstan Katalikos-Patriarxının davamçısı olaraq, mitropolit Şio Muciri adlandırdı

İkinci İlia Gürcüstan katalikos-patriarxının varisini adlanırdı.

Kaşveti kilsəsində, Giorgoba bayramına həsr olunmuş liturgiyadan öncə, İkinci İlia öz əmrini oxudu.

“Bugün yazılan əmrimi oxumaq istəyirəm. Gürcüstanın Katalikos-Patriarxının varisi olaraq, Senaki və Çxoroskunun Mitropoliti Şio Muciri təyin edilsin”.

Mitropolit Şio 1969-cu ilin fevralın 1-də anadan olub. O illər ərzində kilsədə yaşayıb və müxtəlif dini mərhələlərdə olub.

1993-cü ildə, həqiqi adı Elizbar olan gəncə kilsə adı Şio verildi.

2001-ci ildən bəri, o, Moskvanın gürcü icmasının, Müqəddəs Giorgi adına kilsəsinin baş keşişidir.

Paralel olaraq da, Moskvanın Müqəddəs Tixon adına ilahi institutda təhsil alırdı.