İkili vətəndaşlıq hansı təqdirdə mümkün olacaq - qanunvericilik dəyişiklikləri artıq hazırlandı
Parlament bürosunun bu günki iclasında “Vətəndaşlıq haqqında” qanunlayihənin təhriki baş verəcək. Qanunlayihəni nəzərə almaqla, şəxsə Gürcüstan vətəndaşlığının müstəsna qaydası ilə verilməsi məsələləri müəyyənləşdiriləcək.
Qanunlayihənin təşəbbüskarı Hüquqi məsələlər Komitəsidir. Layihə ilə müəyyənləşdirilir ki, Gürcüstan vətəndaşı Gürcüstan vətəndaşlığını qoruyub saxlayır, əgər qeyd olunan ölkənin vətəndaşlığını əldə edənə qədər Gürcüstan dövlətindən Gürcüstan vətəndaşlığının qorunub saxlanılması üçün razılıq aldısa. Öz növbəsində vətəndaşlığının qorunub saxlanılması zamanı, şəxs qarşıdakı şərtləri təmin etməlidir: Gürcüstan vətəndaşının ailə üzvü, hansı ölkənin vətəndaşlığını planlaşdırırsa, həmin ölkənin vətəndaşı olmalıdı. Həmçinin Gürcüstan vətəndaşı hansı ölkənin vətəndaşlığını planlaşdırırsa, həmin ölkədə qanuni olaraq ən azından 5 il yaşamalı və ya işləməli olmalıdır.
Qanunlayihə ilə, müvəqqəti yaşama hüququ önəmli yeniliyi təşkil edir. Başqa ölkənin vətəndaşlığını əldə etməyə görə, Gürcüstan vətəndaşlığını itirən Gürcüstanın keçmiş vətəndaşı, qeyd olunan qanunun qüvvəyə minməsindən sonra bir il ərzində agentiyə, Gürcüstan vətəndaşlığının bərpası tələbi ilə müraciət edə bilər.