İki teleşirkət saat 20: 00 üçün eksitpol nəticələrini elan etdi.
“Formula” üçün eksitpol Amerikanın “Edison Research” şirkəti tərəfindən aparılıb. Saat 20: 00 üçün Kaxa Kaladze – 44%; Nika Melia – 40%; Qiorqi Qaxaria – 7%; Ana Dolidze – 5%; Tamar Kekenadze – 1%; Qiorqi Lomia – 1%; Ana Bibilaşvili – 1%; Richard Oqbuncu – 1%;
Eksitpol çərçivəsində 14660 nəfərdən müsahibə alınıb.
“Mtavari Kanal” Fransanın IPSOS-Global şirkətindən eksitpol sifariş etdi. Qeyd olunan eksitpolun saat 20: 00 üçün məlumatlarına görə, Kaxa Kaladze – 40,5%; Nika Melia – 39,9%; Qiorqi Qaxaria – 8,9%; Ana Dolidze – 4,1%; Ana Bibilaşvili – 2,5%; Digər namizədlər – 4,1%.
Tbilisi boyunca partiya reytinqləri belədir: “Gürcü Arzusu” – 38,5%; Vahid Milli Hərəkat – 31,9%; Gürcüstan naminə – 7,7%; “Qirçi – daha çox azadlıq naminə” – 4,8%; “Lelo” – 3,7%; “Xalq naminə” – 2,3%; “Qirçi” – 2,2%; “Vətəndaşlar” – 1,3%; “Avropalı Gürcüstan” – 1,0%; Digər partiyalar – 6,6%
Sorğunun xəta ehtimalı +/- 3 faizdir.