İki nəfəri qətlə yetirmək cəhdi ilə ittiham edilən Dedoplistkaro Sakrebulosunun deputatına həbs qərarı verildi
Siğnaği rayon məhkəməsi iki nəfəri qətlə yetirmək ittihamı ilə, “Gürcü Arzusunun” Dedopliskaro sakrebulosunun deputatı Giorgi Çinçarauliyə qarşı həbs qərarı verdi.
Müdafiyə tərəfi 5 000 larilik girov əvəzinə deputatın azad edilməsini tələb edirdi. İttiham edən tərəf isə, həbs qərarını.
Məhkəmə iclasında Giorgi Çinçarauli münaqişənin detalları haqqındda danışdı və bəyan etdi ki, o bacısının balaca uşağı ilə bərabər mağazadaydı və tanıdığı bir kəndlisi yanına gəlib, onu sözlə təhqir etdi.
“Məni təhqir edən şəxsin yanında qardaşı da var idi, ikisi də mənə söydülər və fiziki təhqir etdilər. Daha sonra onlarla yolda yenə qarşılaşdıq və 10-15 dəiqqəlik münaqişəmiz oldu. İkisinə güc yetirə bilmdiyim üçün bıcaqdan istifadə etdim” – dedi Giorgi Çinçarauli.
Suçunun təsdiqləndiyi halda Çinçarauliyə 16-dan 20-ilə qədər həbs cəzası veriləcək.
Növbəti məhkəmə iclası avqustun 5-də keçiriləcək.