İki minə qədər vətəndaşın "Covid" pandemiyası zamanı tətbiq edilən cərimələri silinəcək
İki minə qədər vətəndaşın "Covid" pandemiyası zamanı tətbiq edilən cərimələri silinəcək

 
Bu gün hökumət 2000-ə qədər vətəndaşımızın “Covid” pandemiyası zamanı tətbiq edilən cərimələrinin silinməsini nəzərdə tutan sərəncam layihəsini müzakirə edəcək- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında açıqlayıb.

İrakli Kobaxidze, konkret olaraq, 1855 fiziki və 38 hüquqi şəxsin cərimədən azad ediləcəyini bildirib.

“Artıq bir neçə ildir vətəndaşlarımızın cərimələri qalır, düşünürük ki, onların götürülməsi tamamilə məntiqsiz olardı, bundan irəli gələrək hökumət bugünkü iclasında cərimələrin ləğvi ilə bağlı qərar qəbul edəcək. Təklifi Səhiyyə Nazirliyi hazırlayıb.

1855 fiziki və 38 hüquqi şəxs cərimələrdən azad ediləcək. Ümumi məbləğ təxminən 5 milyon 600 min lari olacaq. Bu qərar bu gün müzakirə edilir” – deyə İrakli Kobaxidze açıqlayıb.