IKEA-nın təsisçisi İnqvar Kamprad 91 yaşında vəfat etdi
IKEA-nın təsisçisi İnqvar Kamprad 91 yaşında vəfat etdi

IKEA-nın təsisçisi İnqvar Kamprad 91 yaşında dünyasını dəyişib.

Bu barədə şirkətdən məlumat verilib.

İsveçli iş adamı IKEA şirkətini 17 yaşında təsis edib. 1973-cü ildən 2014-cü ilə qədər İsveçrədə yaşayıb. 2014-cü ildə yüksək vergilərə etiraz edərək İsveçə qayıdıb.

Ölkənin ən zəngin insanlarının siyahısına başçılıq edib. Onun sərvəti 62 milyard avro dəyərində qiymətləndirilir.