İctimaiyyəti çaşdırmaq cəhdinə görə, bir daha aydınlaşdırırıq ki, 9 Aprel hadisəsi siyasətdən kənardır, heç bir hərəkat yaratmaq məqsədini daşımır
İctimaiyyəti çaşdırmaq cəhdinə görə, bir daha aydınlaşdırırıq ki, 9 Aprel hadisəsi siyasətdən kənardır, heç bir hərəkat yaratmaq məqsədini daşımır

Gürcüstan prezidenti administrasiyası 9 aprelə planlaşdırılan tədbirlə bağlı bəyanat yayır.

Prezident administrasiyasında bəyan etdikləri kimi, Salome Zurabişvilinin müxtəlif sahələri təmsil edən qadınları qəbul edəcəyi tədbir siyasətdən kənardır və heç bir hərəkat yaratmaq məqsədini daşımır.

“Sabah, aprelin 9-da Gürcüstanın müasir tarixinin ən mühüm günlərindən birində, Gürcüstan prezidenti bu mühüm tarixi birlikdə qeyd etmək və Gürcüstanın Avropa gələcəyinə dəstək göstərmək üçün, Tbilisi Dövlət Opera və Balet Teatrında müxtəlif sahələrdən olan qadınları qəbul edəcək.

İctimaiyyəti çaşdırmaq cəhdlərinə görə bir daha aydınlaşdırırıq ki, prezidentin himayəsi altında keçirilən digər tədbirlər kimi, bu tədbir də siyasətdən kənardır və  hər hansı hərəkat yaratmaq və ya formalaşdırmaq məqsədini daşımır”, – prezident administrasiyasının bəyanatında deyilir.