İctimai Yayımçının binasının tikintisi avqustun 27-də tamamlanacaq-bu haqda İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili açıqlayıb.
Tinatin Berdzenişvili, İctimai Yayımçının yeni binasının tikintisinin başa çatmaq üzrə olduğunu bildirib.
“Prosesin sona yaxınlaşması bizim üçün önəmlidir. Avqustun 27-də bina tamamlanmalı və İctimai Yayımçıya təhvil verilməlidir. Bundan sonra hamımızın hazırlaşdığımız köç prosesi başlayacaq. Yeni binaya köçmək daha bir ayrı prosesdir və ictimaiyyət hər bir addımımızı biləcək. Bu, həqiqətən də olduqca genişmiqyaslı olan təkcə infrastruktur dəyişikliyi deyil, həm də İctimai Yayımçının iş prosesində dəyişiklikdir, Gürcüstanın müxtəlif istehsallar, o cümlədən film istehsalı üçün çox yaxşı istifadə etməli olduğu ölkə üçün həqiqətən unikal televiziya studiyalarıdır” – Tinatin Berdzenişvili açıqlayıb.
Beynəlxalq auditin rəyinə gəlincə, Berdzenişvili bildirib ki, “biz çox fəxr edirik. Bina “Dövlət satınalmaları haqqında” qanuna tam uyğun, tam şəffaf şəkildə tamamlanıb və bizə heç bir irad tutulmayıb”.
O, beynəlxalq audit şirkətinin İctimai Yayımçının maliyyə hesabatları ilə bağlı müsbət rəy hazırladığını bildirib.
“İctimai Yayımçı üçün şəffaflıq və maliyyə hesabatlılığı ən vacib komponentlərdən biridir, üstəlik də indi, 2023-cü ildə olduqca böyük satınalmalarımız oldu, çünki biz yeni səlahiyyət qazandıq və yeni binanın tikintisi prosedurlarına əməl etdik. Beynəlxalq auditin müsbət rəyi münasibətilə İctimai Yayımçının kollektivini təbrik edirəm. Maliyyə, eləcə də dövlət satınalmalarının hesabatının auditi yoxlanılıb, vergi baxımından hesabatın auditini də dinlədik. 2023-cü ildə İctimai Yayımçının 33 175 mühasibat və maliyyə əməliyyatı həyata keçirməsi və heç bir xətanın olmaması mühümdür” – Tinatin Berdzenişvili deyib.
Beynəlxalq audit şirkəti MMC “Moore abc” İctimai Yayımçının maliyyə hesabatları haqda müsbət rəy hazırlayıb.