İctimai Yayımçının binasını "Wissol Group" aldı
İctimai Yayımçının binasını "Wissol Group" aldı

İctimai Yayımçının binasını “Wissol Group” aldı, – bu barədə məlumatı “Biznes Partner”-ə şirkətin təsisçisi, biznesmen Soso Pxakadze təsdiqlədi.

Soso Pxakadzenin qeyd etdiyi kimi, şirkət inkişaf fəaliyyətinə, xüsusən də yaşayış mənzillərinin tikintisinə başlamaq qərarına gəldi və bu səbəbdən də Yayımçının binasını aldı

“Qrupumuz uzun müddətdir ki, Tbilisidə və Gürcüstanın digər şəhərlərində kommersiya daşınmaz əmlakının inkişafı ilə məşğuldur. “Carrefour”-un əsas kirayəçisi olduğu və onlarla digər pərakəndə satışının da icarəçi olduğu orta ölçülü ticarət mərkəzləri tikir və istismara veririk. Ona görə də düşünürük ki, qrup daşınmaz əmlakın inkişafı baxımından yaxşı təcrübə toplayıb.

Qazanılan təcrübəyə əsasən, bir müddət əvvəl biz developer işlərinə, xüsusən də yaşayış mənzillərinin tikintisinə başlamaq qərarına gəldik. Məhz bu səbəbdən İctimai Yayımçının binasını aldıq. Biz əcnəbi mütəxəssislərlə birgə işləyəcəyik, maraqlı konsepsiya yaradacağıq və müvafiq olaraq burada maraqlı, çoxfunksiyalı infrastruktur inkişaf etdirəcəyik””, – Soso Pxakadze bəyan etdi.

Tbilisidə, Kostava 68 ünvanında yerləşən İctimai Yayımçının binasıvə torpaq sahəsi 65 100 000 lariyə satıldı.

Hərraca 33 209 kvadratmetr torpaq sahəsi və 23 649 kvadratmetr tikili çıxarımışdı. Maraqlanan şəxslər hərracda cari ilin 30 sentyabr da daxil olmaqla, saat 12:00-dək iştirak etmək imkanları var idi.

İctimai Yayımçının yeni binasıisə, Tbilisidə, Politkovskaya küç. N31-də yerləşəcək. Tikinti 2020-ci ilin dekabrında başladı və 2023-cü ilin dekabrında başa çatdırılacaq.