İctimai Yayımçının 2023-cü ilin hesabatı
İctimai Yayımçının 2023-cü ilin hesabatı

Maliyyə və Büdcə Komitəsi İctimai Yayımçının 2023-cü il üzrə hesabatını müzakirə edib və dəstəkləyib.

Sənədi deputatlara Qəyyumlar Şurasının sədri təqdim edib. Vasil Mağlaperidze diqqəti yayımçının yeni binasına, bu istiqamətdə xərclənən maliyyəyə və ötən il keçirilən auditə yönəldib. Onun söylədiyinə görə, 2023-cü ildə aparılan yoxlama nəticəsində yayımçıya yönəlik heç bir şərh verilməyib. Qəyyumlar Şurası sədrinin bildirdiyinə görə, yeni binanın tikintisi rəsmi olaraq avqustun 28-də başa çatacaq və yeni binada misli görünməmiş miqyasda və ölçüdə pavilyonlar olacaq. Vasil Mağlaperidze çıxışı zamanı idman kanalının və yayımçının tamaşaçılara təqdim etdiyi layihələrin, filmlərin və şouların əhəmiyyətini vurğulayıb.