İctimai Yayımçıda cinsi qısnama mövzusunda fərqindəliyin artırılması təlimi keçirilib

 

İctimai Yayımçıda cinsi qısnama mövzusunda fərqindəliyin artırılması təlimi keçirilib.

Görüş Gürcüstanın Birinci Kanalı və BMT-nin Qadınlar Təşkilatının birgə təşəbbüsü ilə təşkil olunub. Cinsi qısnama anlayışı, formaları və onunla əlaqəli məsələlər müzakirə edilib.

Təşkilatda cinsi qısnamanın qarşısının alınması və reaksiya mexanizmi təsdiq edilib. Sənəd işçilərin iş yerində cinsi qısnama barədə məlumatlılığını artırmaq məqsədi daşıyır.

BMT-nin Qadınlar Təşkilatının milli məsləhətçisi Qoqa Xatiaşvili cinsi qısnama ilə bağlı maarifləndirmənin aparılmasının çox vacib olduğunu bildirib.

“Bugünkü görüşdə biz cinsi qısnama fenomeni, cinsi qısnama anlayışı və onun əsas elementləri, eləcə də onunla mübarizə mexanizmlərini müzakirə etdik. Təşkilatın iş yerində cinsi qısnamanın qadağan olunması ilə bağlı bəyan edilmiş siyasətinin olması olduqca vacibdir və bugünkü görüş məhz bu məqsədə xidmət edir” -deyə Xatiaşvili bildirib.