İctimai Yayımın Baş direktoru və Qəyyumlar Şurasının sədri qanunvericiliyə edilən dəyişikliklə bağlı Şalva Papuaşvili və İrakli Kobaxidze ilə görüşüb
Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili və Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze parlamentin sədri Şalva Papuaşvili və “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze ilə görüşüblər.
İclasda əldə olunan razılığa əsasən yayımçının maliyyələşdirmə qaydalarına dəyişiklik edilməsi ilə bağlı işlər davam etdiriləcək və təklif olunan modeldə müstəqilliklə bağlı sualları aradan qaldıracaq və Avropa Yayımçılar İttifaqının, ümumiyyətlə, Avropa məkanında mövcud olan normativ və standartlarını qoruyacaq maliyyələşdirmə modeli hazırlanacaq.
Eyni zamanda, yeni qayda maliyyələşmənin dəyişkənliyini təmin edəcək və ictimai yayımçının ehtiyac və standartlarına cavab verəcək.
Yayımçının maliyyələşdirilməsinin yeni üsulu ilə bağlı müzakirələr işgüzar formatda davam etdiriləcək.
Müəllif -
Mehemmed Bayramaliyev