İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi “112”-də baş vermiş texniki nasazlıq aradan qaldırılıb
İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi “112”-də baş vermiş texniki nasazlıq aradan qaldırılıb-bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
İdarədən verilmiş məlumatda mərkəzin təxirəsalınmaz yardımla bağlı bildirişləri fasiləsiz qəbul etdiyi deyilir.
İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi bir neçə saat əvvəl açıqlama yayaraq, 112-yə edilən zənglərin texniki nasazlığa görə fasilələrlə daxil olduğunu açıqlayıb. Bundan əlavə, mərkəz onunla əlaqə saxlamaq üçün alternativ nömrələri dərc edib.