İctimai Təhlükəsizliyin İdarə Edilməsi Mərkəzi – Texniki nasazlıq səbəbindən 112-yə zənglər məhdud şəkildə daxil olur, nasazlıq ən qısa zamanda aradan qaldırılacaq
Texniki nasazlıq səbəbindən 112-yə zənglər məhdud şəkildə daxil olur, – bu barədə İctimai Təhlükəsizlik İdarə Edilməsi Mərkəzi 112-nin bəyanatında qeyd olunub.
“Nəzərinizə çatdırırıq ki, texniki nasazlıq səbəbindən 112-yə zənglər məhdud şəkildə daxil olur.
Təcili yardıma ehtiyacınız varsa və 112 xidməti ilə əlaqə saxlaya bilmirsinizsə, alternativ nömrələrə zəng edin: 591544375; 591946870; 591946840; 591544384; 577011174; 598087761; 599842206; 577011241.
Texniki qrup problemin aradan qaldırılması üçün intensiv şəkildə işləyir və qeyd olunan nasazlıq ən qısa zamanda həll olunacaq.
Yaranmış vəziyyətə görə üzr istəyirik”, – bəyanatda qeyd olunub.