Ictimai məktəblərdə “Hərbi iş” adlı yeni tədris layihəsinə start verilir, şagirdlərə həftədə bir dəfə aktiv hərbi zabitlər tərəfindən dərs keçiləcək
Ictimai məktəblərdə “Hərbi iş” adlı yeni tədris layihəsinə start verilir, şagirdlərə həftədə bir dəfə aktiv hərbi zabitlər tərəfindən dərs keçiləcək- bu barədə Təhsil Nazirliyinin 2022-2023-cü tədris ili ilə bağlı yaydığı məlumatda bildirilir.
“Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin təşəbbüsü, Təhsil və Elm Nazirliyi və Müdafiə Nazirliyinin birgə səyləri ilə 2022-2023-cü tədris ilindən “Hərbi iş” adlı yeni tədris layihəsinə pilot rejimində start verilir. Layihəyə yüksək dağlıq rayonlardakı 18 məktəbin baza səviyyəsində (VII-IX siniflər) 300-dən çox şagirdi qoşulacaq. Layihə çərçivəsində xüsusi hazırlıq keçmiş aktiv hərbi zabitlər şagirdlərə həftədə bir dəfə dərs keçəcəklər.
Bundan əlavə, “Müdafiə və Təhlükəsizlik” təhsil layihəsinin miqyası genişlənir.
Gürcüstanın Təhsil və Elm Nazirliyi və Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə, layihənin pilot prosesinə 18 əlavə benefisiar və 12 keçmiş hərbi xidmətçi, həmçinin General Qiorqi Kvinitadze adına Kadet Hərbi Liseyin 6 təlimatçısı qoşulub . Hazırlıqdan keçən şəxslər məktəb şagirdlərinin “Müdafiə və təhlükəsizlik” seçmə kursu çərçivəsində mülki təhlükəsizlik, mümkün təhlükələrin mənbələri, təhlükəsizliklə bağlı qanunvericilik bazası, ilkin yardım üsulları, Gürcüstanın müdafiə sistemi və müdafiə qüvvələrinin fəaliyyəti kimi mühüm məsələlər üzrə biliklərini artıracaqlar ” – deyə Təhsil Nazirliyinin məlumatında qeyd olunub.