İcazəsiz küçə ticarəti, eləcə də qeyri-müvafiq reklamlara görə sanksiyalar və cərimələr tətbiq olunacaq
İcazəsiz küçə ticarəti, eləcə də qeyri-müvafiq reklamlara görə sanksiyalar və cərimələr tətbiq olunacaq

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında hökumətin iclası keçirilib. Baş nazirin mətbuat xidmətindən verilən məlumatda, Nazirlər Kabinetinin üzvlərinin gündəlikdə nəzərdə tutulmuş 7 məsələni müzakirə etdiyi deyilir.

“Müzakirə olunan məsələlər arasında xarici ticarət məsələlərinin tənzimlənməsini nəzərdə tutan “Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Gürcüstanın qanunlayihəsi də olub. Dəyişikliyə əsasən, munisipalitetin ərazisində icazəsiz küçə ticarəti, eləcə də qeyri-müvafiq reklamlara görə sanksiyalar və cərimələr tətbiq olunacaq. Bu maddələrdə nəzərdə tutulmuş hərəkətlərə təkrar yol verilməsi halında qeyd olunan maddələrə sanksiyalar əlavə edilir.

Hökumət üzvləri, diplomatik xidmətdə rotasiya siklinin tənzimlənəcəyi, bununla da Gürcüstanın diplomatik nümayəndəliklərinə işçilərin uzunmüddətli ezamiyyətə göndərilməsi qaydası və müddətlərinin tənzimlənəcəyi “Diplomatik xidmət haqqında” Gürcüstan qanununa dəyişiklikləri də müzakirə ediblər “- deyə hökumətin mətbuat xidmətinin məlumatında qeyd olunub.