II İlia Baxmut yaxınlığında həlak olan gürcü döyüşçülərin ailələrinə başsağlığı verir
Ümumi Gürcüstanın katolikos-patriarxı II İlia Baxmut yaxınlığında həlak olan gürcülərin- Avtandil Rurua, Romeo Kvaratsxelia, Romeo Pişxaia, Merab Aladaşvili və Badri Markelianın ailə üzvlərinə və yaxınlarına başsağlığı verir.
“Cari ilin dekabrın 3-də Baxmut yaxınlığında şiddətli döyüş zamanı 5 gürcünün-Avtandil, Romeo, Merab, Romeo və Badrinin insanlarla həmrəylik üçün canlarından keçməsinə görə bizim və sizin qapıldığı kədər hissi böyükdür.
Tanrının onların ölməz ruhlarını saleh bəndələrinin məqamında qılması, sizə isə dua gücü verməsi və həyatın ölümlə bitmədiyi, əksinə onun hamımızın hazırlaşmalı olduğu əbədi, həqiqi həyatın başlanğıcı olması barədə sarsılmaz inam bəxş etməsi üçün dualar edəcəyik” -deyə patriarxın başsağlığı məktubunda deyilir.