İqtisadiyyat Nazirliyi tərəfindən verilən məlumatda, "Gürcüstanda İstehsal Et" agentliyinin mikro və kiçik sahibkarlıq qrant proqramının 1338 qalibinin olduğu deyilir
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Gürcüstanda İstehsal Et” agentliyinin mikro və kiçik sahibkarlıq qrant proqramının 1338 qalibi var.
Bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayır.
Nazirlik tərəfindən verilən məlumatda, proqrama müraciətlərin qəbuluna bu ilin mart ayından başlanıldığı deyilir.
“Ümumilikdə 3700 aplikant final mərhələsinə keçib, onlardan 1338-i qalib gəldi. Proqramın məqsədi mikro və kiçik biznesin inkişafı, müasir sahibkarlıq mədəniyyətinin formalaşdırılması və yeni iş yerlərinin yaradılmasıdır. Bu il proqramın qrant məbləği 30 000 lari müəyyən edilib və Aİ-nin maliyyə dəstəyi və Gürcüstan hökuməti tərəfindən başladılmış pilot regionların inteqrasiya olunmuş inkişaf proqramı çərçivəsində regionlarda (İmereti, Racha-Lechxumi, Kvemo Svaneti, Quria və Kaxeti) qrantın məbləği 40 000 lari olub.
Qalib sahibkarların proqramda müştərək iştirak vəsaiti qrant məbləğinin ən azı 20 faizini, yüksək dağlıq yaşayış məntəqələrində isə ən azı 10 faizini təşkil etməlidir. Mövcud benefisiar halında, benefisiarın müştərək iştirakı qrant məbləğinin ən azı 50%-ni, yüksək dağlıq yaşayış məntəqələrində isə ən azı 25%-ni təşkil etməlidir. Proqramda qalib olan benefisiar qrant məbləğinin təyinatını aşağıdakı kimi müəyyən etməyə məcburdur- kapital xərclər 90% , dövriyyə vəsaitləri 10%-dən çox olmamalıdır. Proqram çərçivəsində 300-dən çox iqtisadi fəaliyyət maliyyələşdiriləcək. 2015-ci ildən 2021-ci il də daxil olmaqla mikro və kiçik sahibkarlıq qrant proqramı çərçivəsində 6901 layihə maliyyələşdirilib və investisiyaların həcmi isə 78 milyon laridən çox olub” – deyə məlumatda deyilir.