İqtisadiyyat Nazirliyi - „Heritage Foundation“ təşkilatının İqtisadi Azadlıq indeksinə əsasən, Gürcüstanın balı tarixi maksimumuna çatıb, ölkə reytinqdə 4 pillə irəliləyib
„Heritage Foundation “ təşkilatının 2020-ci il üzrə “ İqtisadi Azadlıq “ indeksinə əsasən, Gürcüstanın reytinq balı tarixi maksimumuna çataraq, 77.1 balı təşkil edir, ölkə dünya reytinqində 4 pillə irəliləyərək 12-ci yeri tutub. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayır.
Qurumdan verilən məlumata əsasən, əvvəlki illə müqayisədə, Gürcüstan Avropa regionunda iki pillə irəliləyib-bu nəticə ilə Gürcüstan Avropa regionunun 45 ölkəsi arasında 6-cı yerdədir.
Bununla yanaşı, Gürcüstanın ümumi balı həm bölgənin (69,8 bal), həm də dünyanın orta göstəricisindən (61,6 bal) yüksəkdir. İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədqiqat “Qanun Aliliyi”, “Dövlət payı”, “Səmərəli tənzimləmə” və “Bazarların açıqlığı” əsas indekslər (indikatorlar) olmaqla 4 istiqamət üzrə aparılıb. Sözü gedən bu istiqamətlər öz növbələrində 12 komponenti əhatə edirlər.
“Qeyd etmək lazımdır ki, reytinqin 12 komponentindən beşində Gürcüstanın vəziyyəti yaxşılaşıb. Bunlara: mülkiyyət hüquqları (68,6 bal), hökumətin ədalətliliyi (64,8 bal), məhkəmə sisteminin səmərəliliyi (57.9 bal), pul müstəqilliyi (78.3 bal) və maliyyə azadlığı (94.4 bal) daxildir. 2020-ci ilin mülkiyyət hüquqları göstəricisində , Gürcüstan misli görünməmiş tanınma qazanıb və ölkənin reytinqi 68,6 bal təşkil edib. 2012-ci ildə ölkə, sözü gedən göstərici üzrə cəmi 40.0 bala sahib idi. Hökumətin ədalətliliyi komponentində Gürcüstanın qiymətləndirməsi 6.3 bal yaxşılaşaraq, 64.8 balı təşkil edib. Komponentin qiymətləndirməsi Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik İndeksi”-nə , Dünya Ədalət Layihəsi (WJP), Beynəlxalq Şəffaflığın “ Korrupsiya Qavrama İndeksi” və “Trace Matrix”-ə əsaslanır ” deyə İqtisadiyyat Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.
Qurumdan bildirilib ki, bu, beynəlxalq təşkilatlar tərəfindən Gürcüstanda korrupsiyanın olmamasını və hökumətin effektivliyini bir daha təsdiqləyir.
Nazirlikdən həmçinin bildirilib ki, pul azadlığı göstəricisi ölkədəki inflyasiya səviyyəsini qiymətləndirir və son üç ildə orta inflyasiya səviyyəsi qiymətləndirilir. Gürcüstan – İslandiya, Hollandiya, Litva, ABŞ, Lüksemburq, Finlandiya, İsveç, Çexiya, Koreya, Almaniya, Norveç, Avstriya, Yaponiya, Qətər, Latviya, Ermənistan, Bolqarıstan, Azərbaycan, Rusiya, Belarusiya , Ukrayna kimi ölkələri qabaqlayır.
“Heritage Foundation”-təşkilatının “ İqtisadi Azadlıq İndeksi 2020”- tədqiqatının qiymətləndirməsinə görə, Gürcüstan iqtisadiyyatı azadlığın müxtəlif istiqamətlərində yeddi illik heyrətamiz inkişafını davam etdirir. Son illər ərzində Gürcüstan hökuməti bir sıra vacib islahatlar həyata keçirmişdi. Korrupsiyanın aradan qaldırılması, tənzimləmələrin azaldılması və vergilərin sadələşdirilməsi uzun illər davam edən islahatların nəticəsidir. Bütün bunlar ölkənin iqtisadi azadlığının hər cəhətdən yaxşılaşmasını təşviq edib. Son beş il ərzində Gürcüstan iqtisadiyyatı stabil templə inkişaf edib “deyə qurum tərəfindən yayılmış məlumatda qeyd olunub.
Bununla birlikdə reytinq məhkəmə sisteminin müstəqilliyinin qorunması üçün görülən işləri müsbət qiymətləndirir.
İqtisadi Azadlıq İndeksinin qiymətləndirməsi əsasən Dünya Bankının “Doing Business” reytinqinə , Qlobal Rəqabətlilik İndeksi (GCI), Korrupsiya Qavrama İndeksi (CPI) və Dünya Ədalət Layihəsi (WJP) kimi beynəlxalq reytinq mənbələrinə əsaslanır.