İqtisadiyyat Nazirliyi Dünya Bankının 2023-cü il üçün Logistika İndeksində Gürcüstanın mövqeyinin 40 pillə yaxşılaşması haqqında məlumat yayır
İqtisadiyyat Nazirliyi Dünya Bankının 2023-cü il üçün Logistika İndeksində Gürcüstanın mövqeyinin 40 pillə yaxşılaşması haqqında məlumat yayır

 

Gürcüstanın İqtisadiyyat Nazirliyi Dünya Bankının dərc etdiyi Logistika İndeksində (LPI) Gürcüstanın mövqeyinin 40 pillə yaxşılaşması haqqında məlumat yayır.

İdarədən açıqlandığı üzrə Logistika İndeksinin yaxşılaşması Gürcüstanın beynəlxalq ticarət və yük daşımaları sahəsində tranzit-logistik rolunun güclənməsini nümayiş etdirir.

“2023-cü ilin indeksində ölkəmiz 119-cu yerdən 79-cu yerə yüksəlib. Bu indeks pandemiya səbəbindən 2018-ci ildən bəri dərc edilmir. Logistika İndeksinin 2023-cü ilin göstəricilərinə əsasən, Gürcüstanın 2,7 xalı var.

Logistika İndeksinin (LPI) yaxşılaşması Gürcüstanın beynəlxalq ticarət və yük daşımaları sahəsində tranzit-logistik rolunun güclənməsini nümayiş etdirir.

Logistika İndeksi ölkələrə beynəlxalq ticarət logistikası sahəsində çağırışlar və imkanları aşkarlamağa kömək etmək üçün Dünya Bankı tərəfindən işlənilib hazırlanıb. İndeks ticarət tərəfdaşı olan ölkələrin logistika bazarı iştirakçılarının sorğusu əsasında tərtib edilib. Qiymətləndirmə altı fərqli meyar əsasında aparılır. Gömrük-sərhəd keçid prosedurlarının effektivliyi; logistika və nəqliyyatla bağlı infrastrukturun səmərəliliyi; rəqabətli qiymətlərlə beynəlxalq daşımaların təşkilinin sadəliyi; logistika xidmətlərinin keyfiyyəti və səriştəsi; yükdaşımaları izləmək imkanı və yükün nəzərdə tutulan vaxtda, vaxtında çatdırılması göstəricisi onların arasındadır “-deyə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunur.