İqtisadiyyat nazirinin müavini Bolqarıstanın aviaşirkətləri ilə iki ölkə arasında birbaşa uçuşların başladılması imkanlarını müzakirə edib
İqtisadiyyat nazirinin müavini Bolqarıstanın aviaşirkətləri ilə iki ölkə arasında birbaşa uçuşların başladılması imkanlarını müzakirə edib

 
Düşünürük ki, Gürcüstanda mövcud liberal hüquqi çərçivə və cəlbedici aviasiya bazarı Bolqarıstan aviaşirkətlərini Gürcüstan istiqamətində əməliyyatlarını genişləndirməyə təşviq edəcək, bu da iki ölkə arasında əlaqələndiriciliyin yaxşılaşdırılmasına, turizmin və ticarət-iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcək. Bolqarıstan və Gürcüstan arasında birbaşa uçuşların başladılması imkanlarını öyrənmək üçün sizi Gürcüstana dəvət etmək istərdim -bu haqda iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili Sofiyada Bolqarıstan aviaşirkətlərinin nümayəndələri ilə görüşdə deyib.

O, aviasiya sənayesinin Gürcüstanda artan dinamika ilə səciyyələndiyini və hökumətin aviasiya sahəsində liberal siyasətinin buna kömək etdiyini bildirib. Quram Quramişvilinin bəyanatına əsasən, Gürcüstan bir çox tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstan, İsrail, Hindistan, Bəhreyn, Çin, Səudiyyə Ərəbistanı və s. ilə hava hərəkəti üzrə liberal müqavilələr imzalayıb.

“2020-ci ildən ölkənin Avropa hava məkanına daha dərin inteqrasiyasına yol açan “Gürcüstan və Avropa İttifaqı arasında vahid hava məkanı haqqında Saziş”i qüvvədədir. O, Avropa İttifaqı ilə müxtəlif sahələrdə, o cümlədən aviasiya təhlükəsizliyi, sərnişin hüquqları, hava hərəkətinin idarə edilməsi, rəqabət məsələləri, sosial aspektlər və s. üzrə hüquqi yaxınlaşmanı nəzərdə tutur”-deyə nazir müavini qeyd edib.

Quram Quramişvili görüş iştirakçılarına Gürcüstanın aviasiya sahəsində mövcud vəziyyət, sərnişin axını və infrastruktur layihələri, o cümlədən Tbilisinin yeni beynəlxalq hava limanının, Kutaisinin uçuş-enmə zolağının və kiçik ölçülü yük terminalı, Mestia Hava Limanının yeni terminalı və Telavi Hava Limanının inşaası haqda məlumat verib.
Həmçinin, nazir müavini Gürcüstanın hava limanlarında sərnişin axınının artıq pandemiyadan əvvəlki göstəriciyə qayıtdığı statistikanı vurğulayıb. 2023-cü ildə Gürcüstanın hava limanları 6 milyondan çox sərnişinə xidmət göstərib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 15% çoxdur.

Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.