İqtisadi Şuranın iclasında irimiqyaslı hissə-hissə tikinti proqramı, icitimai işlət təmin etmə proqramı və cari enerji layihələri müzakirə edildi
İqtisadi Şuranın iclasında irimiqyaslı hissə-hissə tikinti proqramı, icitimai işlət təmin etmə proqramı və cari enerji layihələri müzakirə edildi

İrimiqyaslı hissə-hissə tikinti proqramı, icitimai işlət təmin etmə proqramı və cari enerji layihələri İqtisadi Şuranın iclasında müzakirə edildi, hansı da baş nazir, İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında keçirildi.

İqtisadi Şuranın üzvləri hissə-hissə tikinti proqramı barəsində müzakirə apardılar. Məlum olduğu kimi, hökumət tikinti sektoruna zəmanətli sifarişlərlə əlavə maliyyə resursları cəlb etməyi və proqramda iştirak etməyi təklif edir ki, bu da bir tərəfdən nəzərdə tutulan layihələrin vaxtından əvvəl həyata keçirklməsinə, digər tərəfdən isə, iqtisadi artıma imkanlar yaradacaq. Qeyd edildi ki, hazırkı mərhələdə müxtəlif idarələr tərəfindən iki milyard lari dəyərində iş görüləcək, o cümlədən Avropa standartlarında məktəblərin tikintisi, polis və ordu üçün infrastrukturun təkmilləşdirilməsi, su təchizatı layihələri və s.

Baş nazir ictimai işlət təmin etmə proqramının gedişi ilə bağlı məlumatları dinlədi. Qeyd edildi ki, bu günədək 20 mindən çox insan proqrama maraq göstərib, onların müvafiq müqavilələri imzalanır və bu proses fəal şəkildə davam etdirilir.

Şura üzvləri ölkədə həyata keçirilən enerji layihələrini, o cümlədən iri və kiçik su elektrik stansiyalarının tikintisi ilə bağlı danışıqları müzakirə etdilər. Baş nazir intensiv rejimdə həyata keçirilən və yaxın vaxtlarda açıqlanacaq enerjinin inkişafı planının hazırlanması prosesi barədə məlumat aldı.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.