İqtisadi Şuranın qərarına əsasən, Gürcüstana xırman buğdasının idxalı 2023-cü ilin noyabrın 1-dək məhdudlaşdırılacaq
Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə cari iqtisadi layihələr və gələcək planlar müzakirə olunub. Söhbətdə buğda idxalı məsələsinə toxunulub.
Bildirilib ki, güclü yağıntılar nəticəsində Kaxeti bölgəsində buğda məhsulunun əhəmiyyətli hissəsi ərzaq buğdasına olan tələbatı ödəyə bilmir və bu səbəbdən fermerlər mal-qaraya yem kimi buğdanı satmalı olurlar. Qeyd olunan prosesi asanlaşdırmaq və rəvan həyata keçirmək üçün üyüdülmüş buğdanın idxalının 2023-cü ilin noyabrın 1-dək məhdudlaşdırılması barədə qərar qəbul edilib.
İclasda ölkədə artan iqtisadi göstəricilər vurğulanıb. Bildirilib ki, bu ilin əvvəlində hökumət təsirli addımlar atıb və nəticədə ölkədə 0,6% inflyasiya yaranıb və bu il inflyasiyanın nəzərdə tutulduğundan aşağı olacağı gözləntiləri var. Söhbətdə Gürcüstanda rəqəmsal iqtisadiyyatın inkişafına toxunulub. Qeyd olunub ki, Gürcüstan regionda rəqəmsal qovşaq mövqeyini bərqərar etməyə çalışır və hökumətin məqsədi Asiya və Avropa ölkələrini birləşdirən rəqəmsal tranzit dəhlizi (hub) istiqamətində ölkənin malik olduğu potensialdan maksimum istifadə etməkdir.
İqtisadi Şuranın iclasında regionlarda həyata keçirilən infrastruktur layihələrindən də danışılıb, cari və yeni layihələrin icrası prosesi müzakirə olunub. Görüşdə 2023-cü ilin məhsuluna hazırlıq və məhsul yığımına rahat şərait yaradılması məsələlərindən də danışılıb.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.