Dünya iqtisadi azadlıq reytinqində Gürcüstan 25-ci yerdədir və əsasən azad olan 41 ölkə arasındadır
Dünya iqtisadi azadlıq reytinqində Gürcüstan 25-ci yerdədir və əsasən azad olan 41 ölkə arasındadır. 2023-cü ilin hesabatı 2021-ci ili əhatə edir. Əvvəlki ilin göstəriciləri ilə müqayisədə Gürcüstan iki pillə irəlidədir.
Qeyd edək ki, 2020-ci ilin göstəricilərinə görə Gürcüstan dünya reytinqində 27-ci, 2019-cu ilin göstəricilərinə görə isə 22-ci yerdə olub.
Tədqiqat müəlliflərinin verdiyi məlumata əsasən, Dünya İqtisadi Azadlıq İndeksi hesablanarkən beş parametr nəzərə alınır: “Hökumətin ölçüsü”, qanunvericilik sistemi və mülkiyyət hüquqları, valyutanın möhkəmliyi, beynəlxalq ticarət azadlığı və qaydaları.
Dünya iqtisadi azadlıq reytinqində Sinqapur birinci, Venesuela isə sonuncu yerdədir.
Gürcüstanın qonşu ölkələrinə gəlincə, Ermənistan siyahıda 33-cü, Azərbaycan 112-ci, Türkiyə 101-ci, Rusiya 104-cü yerdədir.