Gürcüstan İqtidarının parlament katibi Natia Mikeladze olacaq.
Bu barədə bugünki hökümət iclasında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bəyan etdi.
Baş nazirin qeyd etdiyinə görə, Natia Mikeladze dövlət sektorunda çalışır və böyük təcrübəyə sahibdir.
“Məlum olduğu kimi, Şalva Tadumadze iqtidar administrasiyasının rəhbəri təyin edildi. Bugün isə, onu əvəz edən kadrı təqdim etmək istəyirəm. Bu xanım Natia Mikeladzedir. Onu hamımız yaxşı tanıyırıq. Natia Mikeladze dövlət sektorunda işləyirdi və böyük təcrübəyə sahibdir. O həmçinin İqtisadiyyat, Maliyyə və Energetika nazirlərinin müavini vəzifələrində işləyib. Son zamanlar isə, Şalva Tadumadzenin müavini idi.
Qeyd etmək istəyirəm ki, Natia işinə qarşı xüsusi ilə böyük məsuliyyətlə yanaşır və əminəm ki, yeni vəzifəsində müvəgfəəqiyyətli olacaq” – dedi Giorgi Kvirikaşvili.