İqtidarın qərarı ilə, 200 kilovatdan əksik elektrik enerji və 200 kubmetrdən az təbii qazdan istifadə edənlərin komunal xərcləri üç ay ərzində ödəniləcək
İqtidarın qərarı ilə, 200 kilovatdan əksik elektrik enerji və 200 kubmetrdən az təbii qazdan istifadə edənlərin komunal xərcləri üç ay ərzində ödəniləcək

İqtidarın qərarı ilə, 200 kilovatdan əksik elektrik enerji və 200 kubmetrdən az təbii qazdan istifadə edənlərin komunal xərcləri üç ay (mart, aprel, may) ərzində hökümət tərəfindən ödəniləcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria idarələrarası koordinasiya şurasının növbəti iclasında verdi.

Ölkə başçısı qeyd etdi ki, hökümət maliyyələşdirməsi eyni zamanda, zibil və su vergisinə də aiddir.

“Bu yardın hər bir vətəndaş üçündür, ancaq, əlbəttə ki, koronavirusla bağlı məhdudiyyətlərə görə, işini itirən vətəndaşlarını identifikasiyasını etməliyik və onlara birbaşa yardım üçün müvafiq tədbirlər həyata keçiriləcək” – dedi baş nazir.