İqtidarın 300-larilik yardımını 14 302 nəfər aldı
İqtidarın 300-larilik yardımını 14 302 nəfər aldı

Gürcüstanın Səhiyyə Nazirliyi və İşlə təmin edilmə üzrə dövlət agentliyinin məlumatına görə, iqtidarın 300 larilik yardımını artıq 14 302 nəfər aldı.

Agentliyin məlumatına görə, kompensasiyayı almaq üçün elektron ərizələrin təqdim edilmə prosesi başladı.

İlk ərizələrin qəbulu dekabrın 3-də başladı və dekabrın 24 daxil olmaqla davam edir.

Bir dəflik kompensasiyayı 2020-ci ilin noyabrın 28-dən tətbiq olunan məhdudiyyətlərə görə, fəaliyyətləri dayandırılan obyektlərdə işləyən və müvəqqəti olaraq, gəlirsiz qalan şəxslər alacaqalr.

Qeydiyyat ərizəsi vergi ödəyicisinin avtorizasiyalı səhifəsindən yüklənməlidir https://eservices.rs.ge.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti vergi ödəyicilərinə müraciət edir ki, kompensasiyayı vaxtında almaq üçün, idarəyə zamanında və dəqiq məlumat çatdırsınlar.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti daxil olunan ərizələti müzakirə etdikdən 3 iş günü ərzində, gərəkən şəxslərə pul məbləğini köçürür.

Yenə bir daha xatırladırıq ki, dövlət büdcə təşkilatlarından, banklardan və hissəslərinin 50 faizinin dövlətə aid olan müəssisələrdən maaş alan şəxslərə 300 larilik kompensasiya ödənilmir.