İqtidar strukturunda 10 nazirlik və bir dövlət naziri aparatı qaldı
Gürcüstanın iqtidar strukturlarında 10 nazirlik və bir dövlət naziri aparatı qalacaq.
Bu barədə bəyanatı Gürcüstanın yeni baş naziri Mamuka Baxtadze bugün keçirdiyi brifinqdə verdi.
Baxtadzenin dediyinə görə, dəyişikliklər bu nazirliklərə aid olacaq:
Mədəniyyət və idman nazirliyi Təhsil Nazirliyi ilə birləşəcək.
Probasiya və cəzaicrası nazirliyi Ədliyyə nazirliyi ilə birləşəcək.
İşğal edilmiş ərazilərdən məcburi köçkünlər və qaçqınlar məsələləri üzrə dövlət naziri aparatının funksiyası isə, müxtəlif idarələrə bölüşdürüləcək. Nazirliyinin özü isə, ləğv olunacaq.
Religiya agentliyi Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri aparatına daxil ediləcək.