İqtidar Anaklia layihəsi üçün yeni tender elanının hazırlıq prosedurlarına başlayır
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi “Anaklianın İnkişafı Konsorsiumu” ilə investisiya müqaviləsinin pozulması ilə bağlı bəyanat yayır.
Nazirliyin məlumatına görə, Gürcüstan iqtidarı və “Anaklianın İnkişafı Konsorsiumu” arasındaki investisiya müqaviləsi bütün hüquqi normaların qorunması ilə pozuldu.
“Təəssüf ki, Anaklia limanı layihəsinin siyasi məqsədlərlə istifadəsi və ictimaiyyətin qəsdlə səhvə salınması davam edilir. Konsorsium ilə hərhansl razılaşmanın davam etdirilməsindən söhbət aparılmır. İnvestisiya müqaviləsi 60 günlük arbitraj müddətini nəzərdə tutur, ancaq, bu müddətdən arbitraj davasını başlatmağı planlayan tərəf, arbitraj davasının qarşısını ala bulmək məqsədi ilə istifadə edə bilər və bu da, 60 qünlük müddət müqavilənin bərpa ediləcəyini nəzərdə tutmur.
Belə ki, Gürcüstan iqtidarı və Anaklianın İnkişaf Konsorsiumu arasındaki qarılaşma bütün hüquqi normaların qorunması ilə başa çatdı” – deyilir Nazirliyin bəyanatında.
Anaklia Limanı layihəsinin gələcək perspektivinə gəlincə isə, bəyanatda deyilir ki, Gürcüstan iqtidarı layihənin həyata keçirilməsi üçün yeni tender elan etməyə hazırlaşır.