İfaçı Mamuka Onaşvili 55 yaşında vəfat edib. Ailənin yaxınları bu məlumatı Gürcüstanın Birinci Kanalına təsdiqləyiblər. Onaşvili Nataxtari yaxınlığında qəzaya düşüb. O, iki gün Universitet Klinikasında süni tənəffüs aparatına qoşulu olub.
Mamuka Onaşvili estrada fəaliyyətinə 1983-cü ildə Kənd Təsərrüfatı İnstitutunda “Nia” qrupunun solisti kimi başlayıb. 1994-cü ildən gürcü estradasında solo karyerasına başlayıb. O, həm də musiqili şou proqramların aparıcısı olub.
2001-ci ildən bu günə kimi “Lomisi” yaradıcılıq birliyinin “Yumorina” layihəsində iştirak edib. Onun “Mən elə yaxşıyam ki” və “Arzular gecəsi” adlı iki albomu var. O, altı musiqi klipi çəkdirib.