İens Stoltenberq - uzun illər ərzində rus təcavüzünün çoxlu nümunəsini -2008-ci ildə Gürcüstanın, 2014-cü ildə Krım və Donbassın işğalını və Ukraynaya genişmiqyaslı müdaxiləni görmüşük
Biz uzun illər ərzində rus təcavüzünün çoxlu nümunəsini -2008-ci ildə Gürcüstanın, 2014-cü ildə Krım və Donbassın işğalını və keçən il tammiqyaslı müdaxiləni görmüşük, Ukraynanın gələcəyinin Avro-Atlantik ailədə olduğunu deməliyik -bu barədə NATO-nun baş katibi İens Stoltenberq açıqlayıb.
Stoltenberq bu barədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə birgə brifinqdə bildirib.
“Biz Ukraynaya dəstəyimizi qoruyub saxlamalı və gücləndirməliyik. Biz Ukraynaya Avropada suveren müstəqil dövlət kimi qalib gəlmək üçün lazım olanı verməliyik. Biz uzun illər ərzində rus təcavüzünün çoxlu nümunəsini -2008-ci ildə Gürcüstanın, 2014-cü ildə Krım və Donbassın işğalını və keçən il tammiqyaslı müdaxiləni görmüşük, Ukraynanın gələcəyinin Avro-Atlantik ailədə olduğunu deməliyik. Müharibə başa çatdıqdan sonra Rusiyanın Avropa təhlükəsizliyinə qarşı mübarizəni davam etdirməməsini təmin etmək və rus təcavüzü dövriyyəsini qırmaq üçün biz Ukraynanın təhlükəsizliyi üçün uzunmüddətli tədbirlər həyata keçirməliyik ” -deyə İens Stoltenberq açıqlayıb.