İens Stoltenberq - Ukraynadan dərs çıxardıq, hadisələrin qeyri-düzgün şəkildə inkişaf etdiyi vaxtdansa, Gürcüstan, Bosniya və Hersoqovina və Moldovanı indi dəstəkləmək çox daha yaxşıdır
Ukraynadan dərs çıxardıq, Gürcüstan, Bosniya və Hersoqovina və Moldovanı indi dəstəkləməliyik. Rusiyanın onlara təzyiqi və təsirinin fərqli olmasına baxmayaraq, Ukraynanın işğalı zamanı gördüyümüz kimi, hadisələrin qeyri-düzgün şəkildə inkişaf etdiyi vaxtdansa, onları indi dəstəkləmək çox daha yaxşıdır-bu barədə NATO-nun baş katibi İens Stoltenberq açıqlayıb.
O, onlarla NATO təlimatçısının olduğu NATO-nun Gürcüstanda təlim və qiymətləndirmə mərkəzinin olduğunu, NATO-nun müttəfiqlərinin növbəti dəstək üçün yeni açıqlamalar verdiklərini bildirib.
“Gürcüstanın xarici işlər naziri Bosniya və Herseqovina və Moldovadan olan həmkarları ilə birlikdə NATO müttəfiqləri tərəfindən bizim əvvəlki sessiyamıza dəvət olunmuşdu və biz hər üç tərəfdaşla həmrəy olduğumuzu bildirdik. Fikrimcə, Ukraynadan çıxardığımız dərs odur ki, Rusiyanın onlara təzyiqi və təsirinin fərqli olmasına baxmayaraq, ilin başlanğıcında Ukraynanın işğalı zamanı gördüyümüz kimi, hadisələrin qeyri-düzgün şəkildə inkişaf etdiyi vaxtdansa, onları indi dəstəkləmək çox daha yaxşıdır. Gürcüstanda onlarla NATO təlimatçısının olduğu , təlim və qiymətləndirmə mərkəzimizin olmasının səbəblərindən biri məhz budur, NATO-nun müttəfiqlərini gələcək dəstək üçün yeni öhdəliklər və bəyanatlar verirlər, çünki Gürcüstanla uzunmüddətli tərəfdaşlıq qurmağa ehtiyac duyuruq. Bunun üçün təlim mərkəzindən istifadə edirik. Həmçinin, bütün müttəfiqlər Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstək ifadə ediblər. Eyni zamanda, müttəfiqlər Gürcüstanda demokratik islahatların həyata keçirilməsinin vacibliyini vurğuladılar və biz razılaşdığımız gücləndirilmiş yardım paketini həyata keçirmək üçün Gürcüstanla birlikdə işləyirik” -deyə İens Stoltenberq Buxarestdə NATO ministerialından sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Stoltenberqin qeyd etdiyi kimi, NATO-nun Xarici İşlər Ministerialının son sessiyasına rus təzyiqi ilə üzləşən üç dəyərli NATO tərəfdaşı, Bosniya və Herseqovina, Gürcüstan və Moldova qoşulub və o, təhlükəsizlik ilə əlaqədar ümumi narahatlıqlar və əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etdiklərini bildirib.
“NATO-nun müttəfiqləri onların təhlükəsizlik və müdafiə institutlarını təkmilləşdirmək üçün imkanların gücləndirilməsi, islahatlar və təlimlər daxil olmaqla, uyğunlaşdırılmış dəstəyimizi artırmağa dair razılaşıblar”.
Həmçinin, dünən və bu gün bütün müzakirələrimizdə Finlandiya və İsveç bizə qoşuldu. Onların NATO-ya üzvlüyünün ratifikasiyası prosesi artıq demək olar ki, başa çatıb. Onların qoşulması onları daha təhlükəsiz, ittifaqımızı isə daha güclü və Avro-Atlantik məkanı daha təhlükəsiz edəcək. Onları alyansın tamhüquqlu üzvləri kimi qarşılamağın vaxtı çatıb” – deyə İens Stoltenberq bildirib.