İens Stoltenberq - Ukraynadakı müharibə fonunda tərəfdaşımız Gürcüstanla işləmək daha da vacibdir
Ukraynadakı müharibə fonunda tərəfdaşımız Gürcüstanla işləmək daha da vacibdir-NATO-nun baş katibi İens Stoltenberq Avropa İttifaqının Müdafiə Nazirləri Şurasının Brüsseldə keçirilən iclasından əvvəl bu barədə bəyanatla çıxış edib.
“Xarici İşlər Ministerialı noyabrın sonunda Buxarestdə olacaq. Bu sammitdə bizim Ukraynaya güclü dəstəyimizi ifadə etmək imkanımız olacaq. Biz Ukraynaya dəstəyi necə gücləndirə biləcəyimizi müzakirə edəcəyik. NATO-nun müdafiə və çəkindirmə baxımından verilmiş qərarlarının icrası məsələsini də müzakirə edəcəyik. Biz tərəfdaşlarımızla da görüşəcəyik və Gürcüstan xüsusilə Ukraynada davam edən müharibə fonunda vacib tərəfdaşdır. İndi Gürcüstan kimi tərəfdaşlarla işləmək daha da vacibdir. Əminəm ki, bu Buxarestdə planlaşdırılan Xarici İşlər Ministerialında mesajlardan biri olacaq” – deyə Stoltenberq bildirib.