İens Stoltenberq - Rusiya-Belarus birgə hərbi təliminin uzadılması Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşdığı mənzərəyə uyğun gəlir
NATO-nun baş katibi İens Stoltenberq CBS-yə müsahibəsində bildirib ki, Rusiya-Belarus birgə hərbi təlimlərinin bərpası Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşdığı mənzərəyə uyğundur.
Şimali Atlantika Alyansının rəhbəri ötən həftə bildirib ki, Rusiya faktiki olaraq geri çəkiləcəyini deyib, lakin indi Ukrayna sərhədinə daha çox qoşun yeridir.
NATO-nun baş katibi həmçinin NATO-Rusiya Şurasının iclasını keçirməyə hazır olduğunu açıqlayıb.
“Hər şeydən əvvəl, Ukraynaya yeni silahlı hücumun qarşısını almaq vacibdir və buna görə də biz NATO müttəfiqlərinin siyasi həll yolu tapmaq üçün bütün səylərini dəstəkləyirik. NATO Rusiya ilə NATO-Rusiya Şurasında da görüşməyə hazırdır. Əgər Rusiya güc tətbiq etmək qərarına gəlsə, bu, təbii ki, çoxlu sayda insanın Ukraynadan qaçması demək ola bilər. Rusiya ordusunun səfərbərliyi Avropada Soyuq Müharibə bitdikdən sonra Ukrayna və onun ətrafında qoşunların ən böyük cəmləşməsidir”, – Stoltenberq bildirib.