İens Stoltenberq - Qara dəniz həyati əhəmiyyət kəsb edən regiondur, burada bizim üç müttəfiqimiz, eləcə də yaxın tərəfdaşlarımız, Ukrayna və Gürcüstan var
Qara dəniz NATO üçün həyati strateji əhəmiyyətə malik regiondur, burada bizim üç NATO müttəfiqimiz və yaxın tərəfdaşlarımız var – Ukrayna və Gürcüstan, – deyə NATO-nun baş katibi İens Stoltenberq Rumıniyaya rəsmi səfəri zamanı qeyd edib.
Onun sözlərinə görə, NATO dialoq və siyasi həllə sadiqdir, lakin NATO əsas prinsiplərdə güzəştə getməyəcək.
“NATO müdafiə ittifaqıdır. Bizim vəzifəmiz sülhü qorumaqdır. Biz əmin olmalıyıq ki, Rumıniyanı və bütün NATO müttəfiqlərini qorumaq üçün öhdəliklərimiz və hazırlığımızla bağlı heç bir anlaşılmazlıq və ya yanlış hesablama yoxdur. Bu, Ukrayna və onun ətrafında, eləcə də Rusiyanın Qara dəniz regionunda qeyri-qanuni hərbi gücləndirilməsi kontekstində daha vacibdir. Qara dəniz NATO üçün həyati strateji əhəmiyyətə malik regiondur, burada bizim üç NATO-nun müttəfiq sahilyanı dövləti, eləcə də yaxın tərəfdaşlarımız – Ukrayna və Gürcüstan var. Deməli, bu regionun təhlükəsizliyi NATO üçün çox vacibdir. Biz dialoqa və siyasi həllə sadiqik, lakin NATO əsas prinsiplərdə güzəştə getməyəcək.
Hər bir ölkənin öz yolunu seçmək hüququ var. Biz müttəfiqimizi qoruyacağıq və birinci və ikinci dərəcəli üzvlər olmayacaq, – dedi Stoltenberq.