İens Stoltenberq - NATO-ya üzv ölkələrin nazirləri Gürcüstan, Moldova və Bosniya və Herseqovinaya praktiki dəstəyin necə gücləndirilməsini müzakirə edəcəklər
NATO-ya üzv ölkələrin nazirləri Gürcüstan, Moldova və Bosniya və Herseqovinaya praktiki dəstəyin necə gücləndirilməsini müzakirə edəcəklər-bu barədə NATO-nun baş katibi İens Stoltenberq müdafiə nazirlərinin sabah Brüsseldə keçirilməsi planlaşdırılan görüşündən əvvəl mətbuat konfransında açıqlayıb.
“Nazirlər Gürcüstan, Moldova və Bosniya və Herseqovinaya praktiki dəstəyin necə gücləndirilməsini müzakirə edəcəklər. Bu ölkələr NATO-nun Rusiya tərəfindən təhlükə altında olan üç dəyərli tərəfdaşıdır”- deyə İens Stoltenberq açıqlayıb.
O, ministerialda NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Şimali Atlantika Alyansının müdafiə və çəkindirmə qabiliyyətinin gücləndirilməsi, eləcə də sənaye imkanlarının artırılması və mühüm infrastrukturun qorunması məsələlərini müzakirə edəcəklərini bildirib.
Stoltenberq həmçinin Ukraynanı dəstəkləməyin vacibliyini bir daha vurğulayıb.
“Biz Ukraynaya qələbə, ədalətli və davamlı sülhə nail olmaq üçün lazım olanı təmin etməyə davam etməliyik” -deyə NATO-nun baş katibi açıqlayıb.