İens Stoltenberq-NATO Rusiyanın təcavüzündən ən çox təsirlənən Moldova, Gürcüstan, Bosniya və Herseqovina ilə əməkdaşlığı gücləndirməlidir
İens Stoltenberq-NATO Rusiyanın təcavüzündən ən çox təsirlənən Moldova, Gürcüstan, Bosniya və Herseqovina ilə əməkdaşlığı gücləndirməlidir

 

NATO-nun baş katibi İens Stoltenberq alyansın öz tərəfdaşları – Moldova, Gürcüstan, Bosniya və Herseqovina, eləcə də digər həmfikir ölkələrlə əməkdaşlığı gücləndirməli olduğunu bildirir.

Stoltenberqin NATO Parlament Assambleyasındakı çıxışında qeyd etdiyi üzrə, NATO və tərəfdaş ölkələr çətinliklərlə birlikdə üzləşməlidirlər.

“Biz Rusiyanın təcavüzündən ən çox zərər çəkən Moldova, Gürcüstan, Bosniya və Herseqovina kimi tərəfdaşlarla, eləcə də Latın Amerikasından Yaxın Şərqə, Şimali Afrikadan Hind-Sakit okean bölgəsinə kimi dünyanın bütün həmfikir ölkələri ilə əməkdaşlığı gücləndirməliyik. Biz təhlükəsizlik maraqlarını bölüşürük və eyni çağırışlarla üzləşirik. Biz azadlığı qısnamaya qarşı, demokratiyanı tiranlığa qarşı müdafiə etmək və hamımıza fayda verən beynəlxalq qaydalara əsaslanan institutları qorumaq üçün bu çağırışlarla birlikdə üzləşməliyik və bunu bacarırıq” -deyə Stoltenberq bildirib.