İens Stoltenberq - NATO-nun müttəfiqləri və tərəfdaşları Ukraynanı dəstəkləməyə davam edir, biz geri çəkilməyəcəyik
İens Stoltenberq - NATO-nun müttəfiqləri və tərəfdaşları Ukraynanı dəstəkləməyə davam edir, biz geri çəkilməyəcəyik

 

NATO-nun müttəfiqləri və tərəfdaşları Ukraynanı dəstəkləməyə davam edir, biz geri çəkilməyəcəyik-bu barədə NATO-nun baş katibi İens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransında açıqlayıb.

O, Ukraynanın şəhərlərinə və infrastrukturuna edilən hücumlardan hamının sarsıntı keçirdiyini bildirib. Eyni zamanda o qeyd edib ki, Putinin Ukraynada qalib gəlməməsi çox vacibdir, bu, Ukrayna üçün faciə olacaq, dünyanı isə daha təhlükəli və həssas edəcək.

“NATO-nun müttəfiqləri və tərəfdaşları Ukraynanı dəstəkləməyə davam edəcək və lazım gəldiyi qədər biz Ukraynanın yanında olacağıq, geri çəkilməyəcəyik. Putinin Ukraynada qələbə qazanmamasının çox böyük əhəmiyyət kəsb etdiyini başa düşürük, bu, Ukrayna üçün faciə olacaq, dünyanı isə daha təhlükəli və həssas edəcək. Ukraynaya dəstək NATO-nun müttəfiqləri üçün təhlükəsizlik məsələsidir. Həmçinin, müttəfiqlər Ukrayna ilə daha sıx əməkdaşlıq etməli olmağımız barədə razılaşıblar, çünki bu dəstəyin hər gün döyüş meydanında mühüm dəyişikliklərə səbəb olduğuna şahid oluruq. Biz hamımız Ukrayna şəhərlərinə və infrastrukturuna edilən hücumlardan sarsıntı keçiririk. Prezident Putinin Ukraynanı içməli susuz, işıqsız və istiliksiz qoymaq istədiyini görürük. Putin qışdan silah kimi istifadə edir”-deyə Stoltenberq qeyd edib.