İens Stoltenberq - NATO-nun xarici işlər nazirlərinin NATO-nun qapısının açıq olduğunu bir daha təkrarlamalarını gözləyirəm
İens Stoltenberq - NATO-nun xarici işlər nazirlərinin NATO-nun qapısının açıq olduğunu bir daha təkrarlamalarını gözləyirəm

 

Buxarest sammitində NATO-nun qapısının açıq olması ilə bağlı qəbul edilmiş qərar hələ də qüvvədədir, biz bu qərara təkcə sözdə deyil, həm də əməldə sadiqik – bu barədə NATO-nun baş katibi İens Stoltenberq Buxarestdə açıqlayıb.

İens Stoltenberq 2008-ci ildə NATO-nun Gürcüstan və Ukraynanın alyansa üzv olmasına qərar verdiyini bildirib.

“O vaxt mən də Buxarestdə idim. Mən o vaxt Norveçin baş naziri idim. Bu görüşü çox yaxşı xatırlayıram. Əvvəla, 2008-ci ildən sonra Gürcüstan və Ukrayna ilə tərəfdaşlığımızı əhəmiyyətli dərəcədə gücləndirməyimizi alqışlayıram. Biz bunu 2014-cü ildən, Rusiya Krımı ilhaq edəndən sonra da nümayiş etdirdik. O vaxtdan bəri NATO müttəfiqləri Ukraynaya və Ukrayna Silahlı Qüvvələrinə böyük yardım göstəriblər, ordu 2014-cü ildə olduğundan daha güclüdür, çoxsaylıdır və daha yaxşı təchiz olunub. Bu, daha çox NATO müttəfiqlərinin dəstəyi ilə bağlıdır.

Fevralda Rusiya Ukraynanı işğal edəndə biz hazır idik. İndi NATO müttəfiqləri Ukraynaya görünməmiş səviyyədə dəstək verirlər. NATO-nun xarici işlər nazirlərinin bu gün və sabah NATO-nun qapısının açıq olduğunu bir daha təkrarlamalarını gözləyirəm. Biz bunu ötən illərdə Şimali Makedoniya və Monteneqronun NATO-ya üzv olmasına imkan verməklə də nümayiş etdirdik. İndi də Finlandiya və İsveçə. Biz Buxarest sammitində NATO-nun qapısının açıq olması ilə bağlı verilən qərarın hələ də qüvvədə olduğunu nümayiş etdirdik. Biz bu qərara təkcə sözdə deyil, həm də əməldə sadiqik” -deyə NATO-nun baş katibi bildirib.