İens Stoltenberq - müttəfiqlərimizi qorumaq üçün hər şeyi edəcəyik, Buxarest ministerialında Ukrayna, Moldova, Bosniya və Herseqovina və Gürcüstana yardım yollarını müzakirə edəcəyik
Bütün müttəfiqləri qorumaq üçün hər şeyi edəcəyik. Buxarestdə NATO-nun xarici işlər nazirləri Ukraynaya, eləcə də rus təzyiqi ilə sınanan Bosniya və Hersoqovina, Gürcüstan və Moldova kimi digər tərəfdaşlara yardımın gücləndirilməsi yollarını müzakirə edəcəklər-bu barədə NATO-nun baş katibi İens Stoltenberq Rumıniya prezidenti Klaus İohannislə birgə mətbuat konfransında açıqlayıb.
Stoltenberq Rumıniyada keçirilən görüşdə müzakirə olunan mövzulardan birinin Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsi nəticəsində yaranan çağırışlar olduğunu açıqlayıb.
“Bugünkü görüşdə biz bütövlükdə NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionunun təhlükəsizliyini, eləcə də Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsi nəticəsində yaranan çağırışları müzakirə etdik. Rusiyanın təcavüzünə cavab olaraq NATO Baltikdən Qara dənizə qədər mövcudluğunu gücləndirir. Biz yeni döyüş qruplarını, o cümlədən Fransanın rəhbərlik etdiyi, burada Rumıniyada yerləşdirmişik. Həmçinin, Kanada döyüş təyyarələri səmanızın təhlükəsizliyini təmin etməyə kömək edirlər və ABŞ Patriot raketləri müdafiənizi gücləndirir. Bu, NATO-nun burada olmasının açıq mesajıdır. Bütün müttəfiqləri qorumaq üçün hər şeyi edəcəyik. Buxarestdə NATO-nun xarici işlər nazirləri Ukraynaya, eləcə də rus təzyiqi ilə sınanan Bosniya və Hersoqovina, Gürcüstan və Moldova kimi digər tərəfdaşlara yardımın gücləndirilməsi yollarını müzakirə edəcəklər” – deyə Stoltenberq bildirib.
Noyabrın 29-da Buxarestdə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilinin də iştirak edəcəyi NATO-nun nazirlər toplantısı keçiriləcək.