İens Stoltenberq - Gürcüstanın islahatların həyata keçirilməsində, demokratik standartların və fundamental hüquqların qorunmasında göstərdiyi səyləri təqdir etmək istərdim
İens Stoltenberq - Gürcüstanın islahatların həyata keçirilməsində, demokratik standartların və fundamental hüquqların qorunmasında göstərdiyi səyləri təqdir etmək istərdim

 
Gürcüstan NATO-nun ən yaxın tərəfdaşlarından biridir və alyansın üzvləri ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyirlər. Biz Rusiyanı ərazi bütövlüyünü bərpa etməyə və işğal olunmuş ərazilərin müstəqil statusunu geri çəkməyə çağırmaqda davam edəcəyik-bu barədə NATO-nun baş katibi İens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə birlikdə Brüsseldə keçirilən brifinqdə açıqlayıb.
Stoltenberq İrakli Ğaribaşvlinin yenidən NATO-nun mənzil-qərargahında olmasına sevindiyini bildirib.

“Biz NATO-Gürcüstan tərəfdaşlığı və onu daha da gücləndirə biləcəyimiz barədə danışdıq. Xüsusilə, Gürcüstan və NATO-nun mövcud paketindən danışdıq. Gürcüstan NATO-nun həm siyasi, həm də praktiki texniki dəstəyinə arxalana bilər. Mən Gürcüstanın islahatların həyata keçirilməsində, demokratik standartların və fundamental hüquqların qorunmasında göstərdiyi səyləri təqdir etmək istərdim. Gürcü xalqı Atlantik Alyansa inteqrasiya olunacaq demokratik, iqtisadi cəhətdən çiçəklənən ölkə istədiyini açıq şəkildə bəyan etdi. NATO hədəfə çatmaq üçün can atdığınız prosesdə Gürcüstanın tərəfdaşı olmağa davam edəcək”- deyə Stoltenberq açıqlayıb.

Bununla yanaşı, o, Ukrayna məsələsindən danışarkən NATO-nun bu gün Ukraynanı dəstəklədiyini və lazım gələcəyi qədər dəstəkləyəcəyini bildirib.

“Bu gün biz həm də rus təcavüzündən və Ukraynaya dəstəyin vacibliyindən danışırıq. Ötən həftə Kiyevdə idim və prezident Zelenskiyə mesajım aydın idi. NATO bu gün Ukraynanı dəstəkləyir və lazım olduğu qədər də dəstəkləyəcək. Müharibənin nə vaxt bitəcəyini bilmirik, lakin rus təcavüzünün birdəfəlik bitməli olan zəhərli tendensiya olduğunu bilirik. Gürcüstan və gürcü xalqı Ukraynanın özünü və asayişi qoruduğunu çox yaxşı başa düşür və alyans üzvləri bunu dəstəkləyir”-deyə İens Stoltenberq açıqlayıb.