İens Stoltenberq - Gürcüstanın daxili islahatlarla bağlı səylərini ikiqat artıracağına və demokratiya standartlarını qoruyacağına ümidvaram
İens Stoltenberq - Gürcüstanın daxili islahatlarla bağlı səylərini ikiqat artıracağına və demokratiya standartlarını qoruyacağına ümidvaram

 

NATO-nun baş katibi İens Stoltenberq NATO-Gürcüstan tərəfdaşlığının gücləndirilməsi barədə danışmaq üçün NATO-nun mənzil-qərargahında Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşüb. Bu barədə NATO-nun rəsmi press-relizində deyilir.

NATO-nun rəsmi press-relizinə əsasən İens Stoltenberq Gürcüstanı NATO-nun ən yaxın tərəfdaşlarından biri adlandırıb. Baş katib NATO-nun Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini ifadə edib.

O, həmçinin Gürcüstanın NATO-nun siyasi və praktiki dəstəyinə arxalana biləcəyini qeyd edib. Eyni zamanda Stoltenberq qeyd edib: “Gürcüstanın daxili islahatlarla bağlı səylərini ikiqat artıracağına və demokratiya standartlarını qoruyacağına ümidvaram”.

Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzündən danışan Stoltenberq bildirib:”Müharibənin nə vaxt bitəcəyini bilmirik, lakin Rusiyanın zəhərli modelinin birdəfəlik sonlanmalı olduğunu bilirik”.

Stoltenberq həmçinin əlavə edib: “Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edir və biz bütün NATO tərəfdaşlarının bu məqsədi dəstəkləməsini gözləyirik”.