İens Stoltenberq - bu il Gürcüstanla təlimlərimiz olacaq, bu, necə sıx və birlikdə işlədiyimizin nümayişi olacaq
İens Stoltenberq - bu il Gürcüstanla təlimlərimiz olacaq, bu, necə sıx və birlikdə işlədiyimizin nümayişi olacaq

NATO-nun baş katibi İens Stoltenberqin sözlərinə görə, Brüsseldə keçirilən görüş zamanı müttəfiqlər Gürcüstan və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini ifadə ediblər.

Onun sözlərinə görə, müttəfiqlər müxtəlif istiqamətlərdə Gürcüstan və Ukraynanı dəstəkləyir və bu il Gürcüstanla birgə işi nümayiş etdirəcək təlimlər keçiriləcək.

“Hər iki ölkənin Gürcüstan və Ukrayna nazirləri ilə yaxşı görüşümüz oldu. Bu görüşdə müttəfiqlər hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini ifadə etdilər. Müttəfiqlər müxtəlif istiqamətlərdə Gürcüstan və Ukraynaya dəstək verir. Biz bunu NATO çərçivəsində, qarşılıqlı dəstək, təlimlər, potensialın gücləndirilməsi ilə edirik və bu il Gürcüstanla təlimlərimiz olacaq, NATO bu təlimlərin iştirakçısı olacaq. Biz təlimləri birlikdə keçirəcəyik və bu, necə sıx və birlikdə işlədiyimizin nümayişi olacaq”, – Stoltenberq bildirib.

Onun sözlərinə görə, Qara dəniz regionu NATO üçün strateji əhəmiyyət kəsb edir.

“Orada baş verənlər bizim üçün önəmlidir. Qara dəniz regionunda NATO-nun üç üzvü var və bizim iki çox yaxın tərəfdaşımız var – Gürcüstan və Ukrayna. Onlarla yaxından işləmək həm bizim, həm də tərəfdaşlarımız üçün vacibdir və bu, bu gün aydın şəkildə sübuta yetirildi. Buxarest sammitinin qərarı ilə bağlı mövqeyimiz dəyişməyib. Hazırda əsas diqqət islahatlara, Gürcüstan və Ukraynanın müdafiə və təhlükəsizlik institutlarının modernləşdirilməsinə yönəlib”, – İens Stoltenberq bildirib.