İdman Sarayının yerinə müxalifət aksiyanı Apellyasiya Məhkəməsi yaxınlığında keçirəcək
“Dəyişikliklər Naminə” koalisiyasının liderlərindən biri Nika Melia tərəfdarları bu gün saat 15:00-da seçki məntəqələrinin etibarsız sayılması ilə əlaqədar qeyri-hökumət təşkilatlarının şikayətlərinin müzakirəsinin təyin olunduğu Apellyasiya Məhkəməsinə getməyə çağırır.
Nika Melianın sosial şəbəkədə yazdığı kimi, “Tbilisinin Apellyasiya Məhkəməsinə getmək və ədalətli müzakirəni tələb etmək” mühümdür.
“Bu gün saat üçdə Tbilisinin Apellyasiya Məhkəməsində seçki məntəqələrinin etibarsız sayılması ilə əlaqədar qeyri-hökumət təşkilatlarının şikayətlərinin müzakirəsi təyin olunub. Dünən Tetritsğaroda hakim Vladimer Xucua aşağıdakı qərarı verdi: “Məhkəmə birmənalı olaraq hesab edir ki, dəlilləri təhqiq etməklə, bu seçki cihazı ilə, bu seçki bülleteni ilə, bu seçki çərçivə zərfi ilə seçicinin səsin qorunması və səsin məxfiliyinə dair zəmanəti olmayıb”.
Bu mühüm hüquqi presedentin yaranmasından sonra bu gün, saat üçdə Tbilisinin Apellyasiya Məhkəməsinə getməyimiz və hər yerdə ədalətli müzakirəni tələb etməyimiz mühümdür.
Müvafiq olaraq, İdman Sarayının yerinə saat üçdə Apellyasiya Məhkəməsi yaxınlığına toplaşırıq” – Nika Melia yazıb.