İdarələrarası koordinasiya şurası - bu gün, saat 22:00-dan 22 noyabr saat 05:00-a qədər hərəkətə qoyulan məhdudiyyət istisna şəklində ləğv olunur
21 noyabrda Gürcüstanda planlaşdırılmış Parlament seçkilərinin ikinci turunu nəzərə alaraq, seçki prosesinin əngəllər olmadan həyata keçirilməsi məqsədi ilə, seçki məntəqələrinin bağlanmasından sonra müvafiq prosedurların həyata keçriliməsinə görə, bu gün və sabah – 20-21 noyabrda saat 22:00-05:00-a qədər hərəkətə qoyulan məhdudiyyət istisna şəklində ləğv olunur, – qeyd olunan qərarı baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən idarələrarası koordinasiya şurası bu günki iclasında qəbul etdi.
Dəyişikliklər hökumətin müvafiq sərəncamına edildi. Tədbiq olunan məhdudiyyt 22 noyabr saa 22:00-dan yenə qüvvəyə minəcək.
Şura seçki məntəqələrində epidemioloji təhlükəsizlik qaydalarının müdafiəsi məsələsini müzakirə etdi. Qeyd olundu ki, 31 oktyabrda olduğu kimi, 21 noyabrda da, hər 17 seçki məntəqəsində epidemioloji təhlükəsizlik qaydalarının müdafiəsi baş verəcək.
Şura üzvləri ölkədə mövcud təhlükəsizlik durumu və nöqtəli məhdudiyyətlər, həmçinin dünyada koronavirusa yoluxma hallarının artan dinamikası barəsində söhbət etdilər. Qeyd olundu ki, koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, ölkə nöqtəli və lokal yanaşma istifadəsi strategiyasını qoruyub saxlayır və sistematik məhdudiyyətlərin qüvvəyə mindirilməsi planlaşdırılmır.
Şurada həmçinin hospital sahəsinin yüklənməsinin başdan rədd edilməsi məqsədi ilə, atılmış addımlara xüsusi diqqət yetirildi. Səhiyyə naziri şura üzvlərini evdə müalicə olunanlar, eləcə də kovid-mehmanxanalarda və hospitallarda bugünki gün üçün mövcud olan durum barəsində tanış etdi. Testləşdirmə prosesi barəsində Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri söhbət etdi və qeyd etdi ki, PCR testlərə paralel olaraq, koronavirus diaqnostikası üçün artıq anti-cismə müəyyən edilmiş testlər də fəal istifadə olunur.
Şura maskaların gəzdirilməsi və sosial məsafənin müdafiə olunması vacibliyinə bir daha xüsusi diqqət yetirdi.
Bu günki göstəricilərlə, Gürcüstanda koronavirusun 96 860 halı təsdiq olunub. Buradan 77 932 vətəndaş sağalıb, 894 pasiyent vəfat edib.
Bu mərhələdə karantin rejimində 2 226 vətəndaş, stasionarda müşahində altında 5 879 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 3 411 insan qalmaqdadır.
Baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən idarələrarası koordinasiya şurası işində Arçil Talakvadzenin rəhbərliyi ilə Gürcüstan Parlamenti və Gürcüstan prezidenti administrasiyası fəal iştirak edir.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.