İdarələrarası Komissiya - Bütün tərəfləri seçki qanunvericiliyinin mümkün pozuntuları ilə bağlı müəmmalı bəyanatlar əvəzinə, konkret faktlarla əsaslanan məlumat yaymağa çağırırıq
Azad və Ədalətli Seçkilər üçün İdarələrarası Komissiya bəyanat yayır.
“Seçkiöncəsi dövrdə seçki qanunvericiliyinin mümkün pozuntuları, o cümlədən seçicilərin şəxsiyyət vəsiqələrinin müsadirə edilməsi ilə bağlı müxtəlif media vasitələri ilə yayılmış məlumatı nəzərə alaraq, Gürcüstan Parlamentinin 2024-cü ilin 26 oktyabr seçkilərinin azad və ədalətli mühitdə keçirilməsini təmin etmək üçün dezinformasiyanın yayılmasının, seçki qanunvericiliyinin pozulmasının qarşısının effektiv şəkildə alınması və onlara lazımi cavab verilməsi məqsədilə Gürcüstanın Ədliyyə Nazirliyi yanında Azad və Ədalətli Seçkilər üçün İdarələrarası Komissiya seçkilərdə iştirak edən bütün tərəfləri seçki qanunvericiliyinin mümkün pozuntuları ilə bağlı ümumi, müəyyən edilə bilməyən və müəmmalı bəyanatlar əvəzinə, konkret faktlarla əsaslanan məlumat yaymağa çağırır.
Azad və Ədalətli Seçkilər üçün İdarələrarası Komissiyanın mandatını nəzərə alaraq, seçki qanunvericiliyinin mümkün pozuntuları ilə bağlı Azad və Ədalətli Seçkilər üçün İdarələrarası Komissiya ilə əməkdaşlıq etsinlər” – bəyanatda qeyd olunub